AZ

Antiterror tədbirləri həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu - Sahil Kərimli

Bakı. Trend:

Bu gün hər birimiz Azərbaycanın suverenliyinin və ərazibütövlüyünün tam bərpa edilməsinin ildönümünü böyük fəxr və qürurhissi ilə qeyd edirik. Azərbaycan 44 günlük Vətən müharibəsindəmöhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakımərhələdə isə cəmi birgünlük antiterror tədbirləri nəticəsindəölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi.Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürurmənbəyi olacaq.

Trend xəbər verir ki, bufikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktormüavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O, Azərbaycan Ordusunun bu möhtəşəm Qələbəyə Müzəffər Ali BaşKomandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində imzaatdığını deyib: “Azərbaycan dövləti həm uzun illər davam edənerməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğunkökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib”.

Onun sözlərinə görə, ölkəmiz bu Qələbəsi ilə həm də işğalçıErmənistanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalqsiyasi dairələrə, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdənölkələrə də layiqli cavab verib. Ermənistan 2020-ci ilin 10noyabrında kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyüöhdəlikləri məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə yerinəyetirmirdi. Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə,Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyəçalışırdı. Lakin Azərbaycan öz ordusunun gücü ilə istəyinə nailoldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksəksəviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.

“Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Suverenliyi Günününtəsis edilməsi haqqında Sərəncam imzalaması hər birimizəəvəzedilməz sevinc və qürur hissi yaşadır. Bu tarixi qələbələrimizAzərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan hadisədir”, - deyəSahil Kərimli vurğulayıb.

Məqalədə:
Seçilən
31
6
az.trend.az

7Mənbələr