Bakı, 20 sentyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şamaxı, Ağsu və Qobustan rayon sakinlərinin müraciətlərini dinləyib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdən əvvəl qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.