Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat şirkəti (STIB) metro səfəri zamanı başlayan doğuş nəticəsində stansiyada dünyaya gələn körpəyə ömür boyu pulsuz abunə haqqı verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, STİB-nin sosial media hesabından verilən açıqlamada sentyabrın 15-də Brüsselin Molenbeek rayonundakı Beekant metrosunda bir uşağın dünyaya gəldiyi bildirilib.
Açıqlamada doğuşun metro səfərində başladığı, körpənin STİB əməkdaşlarının köməkliyi ilə sağlam doğulduğu bildirilib.
Belə bir hadisənin ilk dəfə yaşandığı qeyd edilən açıqlamada bu ifadə işlədilib: “Bu, heç vaxt unuda bilməyəcəyimiz bir andır və doğum hədiyyəsi olaraq STİB-in yeni balaca ulduzu ömür boyu metrodan pulsuz istifadə edəcək."
Malik Atilay
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta