AZ

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə oyunu “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Tovuz şəhər stadionunda gerçəkləşəcək görüşün baş hakimi Elçin Məsiyev olacaq.

Bu, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın Premyer Liqa çərçivəsində 4-cü oyunu olacaq. Əvvəlki oyunların hamısında “Turan Tovuz” qalib gəlib. “Araz Naxçıvan” səfərdəki oyunlarda 2 top fərqilə uduzub.

Tovuz təmsilçisi bu mövsüm də inamlı çıxışı ilə diqqət çəkir. Komanda 6 oyuna topladığı 14 xalla hazırda 2-ci pillədə qərarlaşıb. Kurban Berdıyevin komandası doğma meydanda növbəti qəlbəsini rəsmiləşdirməklə yenidən zirvəyə yüksələ bilər.

Premyer Liqa
7-ci tur

20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Brahim Konate, 16. Georgi Kantariya, 19.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu. 17:00.

“Qarabağ” – “Neftçi” 4:0
Qollar: Robert Bauer, 18-öz qapısına. Olaviyo Juninyo, 29. Yassin Benzya, 45+2. Leandro Andrade, 90+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”. 20:00.

21 sentyabr

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Tovuz şəhər stadionu. 18:00.

22 sentyabr

“Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”. 18:00.

“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.

Seçilən
55
1
arena.az

10Mənbələr