AZ

Mustafa Sek: "Özümüzdən başqa heç kim bizə kömək edə bilməz"

Dünən keçirilən "Qarabağ" - "Neftçi" matçından sonra "ağ-qaralar"ın müdafiəçisi Musatafa Sek Sport24.az-a müsahibə verib. İspaniyalı legioner "Qarabağ"a məlub olduqları (0:4) oyunu şərh etməklə yanaşı, düşərgədəki ab-havadan da söhbət açıb.
- Bu gün böyük hesabla məğlub olduz. Qələbə qazanmaq və ya heç-heçə etmək üçün nə çatmadı?- Rəqib sıradan bir komanda deyildi. Onlar illərdi istər daxili çempionatda, istərsə də, qitəmiqyaslı turnirdə uğurlu nəticələr qazanırlar. Buna baxmayaraq, bu gün meydana yaxşı nəticə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı.
 
- Artıq 7 oyundur ki, qələbəyə həsrətsiz. Bu cür gedişat nə vaxta qədər davam edəcək? - Turnir cədvəli göz önündədi. Ordakı rəqəmlər hər şeyi özündə əks etdirir. Hazırda özümüzdən başqa heç kim bizə kömək edə bilməz. Biz bir yumruq kimi birləşib bütün çətinliklərə sinə gəlməliyik. Bu yol bizi uğura apara bilər.
 
- Heç şübhəsiz ki, qələbəsiz seriya düşərgədə psixoloji gərginlik də yaradıb...- Təbii ki, psixoloji olaraq heç də əla vəziyyətdə deyilik. Yuxarıda dediyim kimi birgə bu vəziyyətdən çıxmalıyıq. Toparlanmalı və "qara zolaq"dan çıxmalıyıq. Fikrimcə, bir qələbə özümüzə gəlməyə kömək edəcək.
 
- "Neftçi" həmişə çempionluq uğrunda mübarizə aparan klub olub. Amma hazırda komanda sanki elitada qalmağa çalışan komanda təsiri bağışlayır. Buna münasibətin? - Məğlubiyyətlərə görə istənilən komandanı qınayırlar, tənqid edirlər. Amma bu gün biz barəmizdə səsləndirilən fikirlərə yox, qısa zamanda toparlanıb qələbə qazanmağa fokuslanmalıyıq. ABDULLA İSMAYILOĞLU

Seçilən
71
50
sport24.az

10Mənbələr