Harris Trampla yeni debat istəyir
ABŞ-nin vitse-prezidenti və ən yüksək hökumət postuna Demokratlar Partiyasından namizəd Kamala Harris əsas siyasi rəqibi Respublikaçı Donald Trampla yeni debat keçirməyə çalışır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə cümə günü Corciya ştatında keçirilən mitinqdəki çıxışında bildirib.
“Mən daha bir debat keçirməyə çalışıram. Baxacağıq”, - Harris deyib.
Mitinqdən canlı yayımı onun seçki qərargahı aparıb.
Qeyd edək ki, Harris və Tramp arasında ilk debat “ABC News” telekanalı tərəfindən sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilib.
Bundan sonra Tramp Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.