Bakı. Trend:
Sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaqbağçasının təmirdən sonra açılışı baş tutub.
Körpələr evi-uşaq bağçasının əsaslı təmirinə Elm və TəhsilNazirliyinin sifarişi ilə bu ilin mayında başlanılmışdı.
Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir.Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt vəidman zalları və camaşırxana yaradılıb.
Trend sözügedənKörpələr evi-uşaq bağçasının görüntülərini təqdim edir: