AZ

Harris Trampla yeni debat raundu keçirməyə çalışır

ABŞ-nin vitse-prezidenti, demokratlardan ali dövlət vəzifəsinə namizəd Kamala Harris əsas siyasi rəqibi – respublikaçı Donald Trampla yeni debat raundunun keçirilməsinə nail olmağa çalışır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Corciya ştatında mitinqdə çıxış edərkən bəyan edib.

“Mən daha bir debat keçirməyə çalışıram. Görək nə olacaq”, – Harris bildirib. Vitse-prezident sentyabrın 10-da Filadelfiyada (Pensilvaniya ştatı) Trampla keçirilmiş debatlar barədə danışarkən qeyd edib: “Bu, əyləncəli idi”.

Xatırladaq ki, prezidentliyə namizədlərin müzakirəsi “ABC News”un təşkilatçılığı ilə keçirilib. Keçən həftə Tramp Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
10
sam.az

10Mənbələr