AZ

Lapşin Ermənistana buraxılmadı - YENİLƏNİB

Ermənistan polisi sentyabrın 21-də israilli bloger Alaksandr Lapşini Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi ilə əlaqədar saxlayıb.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, prokuror sənədləri öyrəndikdən sonra Aleksandr Lapşinin həbs edilməməsi ilə bağlı şifahi göstəriş verib və o, hazırda azadlıqdadır.

 

***

İsrailli bloger Aleksandr Lapşin Ermənistana buraxılmayıb.

Paralel.az APA-ya istinadən xəbər verir ki, Lapşin və həyat yoldaşı İrəvanın "Zvartnots" Aeroportunda sərhədçilər tərəfindən saxlanılıblar. Ona Ermənistana girişin qadağan olduğu bildirilib.

Lapşin sosial mediada açıqlamasında bildirib ki, sərhədçilər onun pasportunu alıblar və Aeroportdakı polis bölməsinə getməsini deyiblər. Lakin o, polis bölməsinə getməkdən imtina edib. Pasportunu isə hələlik qaytarmayıblar.

Saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

Seçilən
147
17
paralel.az

10Mənbələr