AZ

İsrailin son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı Qəzzada azı 30 nəfər həlak olub

İsrailin bombardmanları nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 30 fələstinli həlak olub. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, onların arasında İsrailin Qəzza şəhərinin Əz-Zeytun bölgəsindəki məktəb binasına hücumunun qurbanı olan 30 nəfər var. Ən azı 30 nəfər isə yaralanıb.

Bundan əvvəl anklav hökumətinin informasiya mərkəzinin nümayəndəsi məktəb binasının bombalanması nəticəsində 21 nəfərin öldüyünü bildirmişdi.

Ötən il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

Oxuməni.az

Seçilən
27
13
oxumeni.az

10Mənbələr