AZ

Azərbaycan Premyer Liqası: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.
"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.
Turun qapanış qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.
Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, " Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Seçilən
48
12
oxu.az

10Mənbələr