İranın şimal-şərqindəki Tebes şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində azı 50 nəfər ölüb, 20 nəfər yaralanıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.
Agentliyin məlumatına görə, şaxtada partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib. Partlayış zamanı mədənin B və C bloklarında 69 nəfər olub. B blokundan 20 şaxtaçının cəsədi çıxarılıb, C blokunda işləyən 30 nəfərin hamısı ölüb.
Zərərçəkənlərə tibbi yardım göstərilir.
Mənbə: AZƏRTAC