İranda kömür mədənində partlayış: 28 nəfər öldü
İranın şərqindəki Cənubi Xorasan vilayətində kömür mədənində partlayış olub.“Reuters” xəbər verir ki, partlayış nəticəsində azı 28 şaxtaçı həlak olub.İran dövlət televiziyasına açıqlama verən vilayət rəsmisi ötən gecə Tebes rayonundakı kömür mədəninin iki blokunda metan qazı partlayışının baş verdiyini bildirib.O, partlayış nəticəsində azı 28 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını, 24 nəfərin isə hələ də dağıntılar altında olduğunu bildirib:“Mədəndəki bloklarda ümumilikdə 69 nəfər çalışır və ekspert qrupları tərəfindən dağıntılar altında qalanların xilas edilməsi işləri davam etdirilir”.İran prezidenti Məsud Pezeşkian həlak olanların ailələrinə başsağlığı verib.
Xəbərin oxunma sayı :
142
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta