Şri-Lankada keçirilən prezident seçkilərində müxalifətin Milli Xalq Hakimiyyəti alyansının lideri Anura Kumara Dissanayake qalib gəlib.
News365.az xəbər verir ki, bu barədə Şri-Lankanın “Nyusfirst” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, səslərin ikinci hesablanmasının nəticələrinə görə, Dissanayake 5 milyon 740 min 179 seçici, onun Vahid Milli Qüvvələr Partiyasından ən yaxın rəqibi Sacit Premadasa isə 4 milyon 530 min 902 seçici tərəfindən dəstəklənib.
Şri-Lankanın Seçki Komissiyası hələlik rəsmi nəticələri açıql
amayıb.