Müddətli əmək müqaviləsinin bitmə tarixi bəzi hallarda qeyri-iş günlərinə təsadüf edir. Bu zaman işəgötürən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam vermək imkanına malik olmur. Əmək Məcəlləsinin 8-ci maddəsinin dördüncü hissəsinə əsasən, əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.Mİsal. İşəgötürən 21 fevral tarixində 1 aylıq müqavilə ilə işə işçi qəbul edib. İşəgötürən tərəfindən imzalanan əmək müqaviləsinin bitmə tarixi Novruz Bayramina təsadüf edir. Bu zaman işəgötürən Novruz Bayramından sonrakı ilk iş günü işçinin əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam verə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta