AZ

Zuğulbada hakimlər üçün seminar - FOTO

Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə yeni mövsüm öncəsi hakimlər üçün yekun seminar keçirilib.

İdman.biz xəbər verir ki, Zuğulba tədris idman bazasında baş tutan təlimlər Hakimlər Komitəsinin sədri Ələkbər Həsənovun rəhbərliyi altında təşkil olunub.

Ardınca ABF-nin idman direktoru Turqay Zeytingöz yeni mövsümlə bağlı təlimatlar verib.

18 yerli hakimin iştirak etdiyi seminarda, hakimlərimizin yeni mövsüm öncəsi hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib. Bundan əlavə, FIBA-nın təsdiq etdiyi bu seminarda, beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qaydaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah olunub. Seminarın əsas məqsədi, yeni mövsüm öncəsi tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və Azərbaycan Basketbol Liqası (ABL) və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.

İdman.biz

Seçilən
14
8
idman.biz

9Mənbələr