AZ

Boksçularımızdan yeddi medal

Azərbaycanın boks millisi Belarusun Jabinka şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turniri 7 medalla başa vurub.

Boks Federasiyasından Msport.az-a verilən məlumata görə, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

Seçilən
19
2
msport.az

10Mənbələr