AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Dolların ucuzlaşması ilə yadda qalan sentyabr ayındaötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin, Avropa, İngiltərə,Yaponiya və Türkiyə Cümhuriyyəti Mərkəzi Banklarının faiz qərarlarıinvestorların diqqət mərkəzində yer alan əsas xəbərlər idi.

Ötən həftənin ərşənbə günü Federal Ehtiyyatlar Sistemiuçot dərəcəsini proqnozlaşdırılandan daha çox - 0.50% endirdi ki,bu, 2020-ci ildən bəri reallaşan ilk faiz endirimidir.

Nəticədə, dolların valyuta birjalarında ucuzlaşmasıdaha kəskin xarakter aldı.

Sentyabrın 19-unda baş tutmuş toplantısında İngiltərəMərkəzi Bankı faiz dərəcələrini növbəti dəfə sabit saxladı. Bu isə,funt-sterlinqin valyuta birjalarındakı qiymətlərinə bir qədər dədəstək oldu. Nəticədə, GBPUSD məzənnəsi 1.33$ həddinə qədərbahalaşdı.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 19 sentyabrtarixli bəyanatına əsasən, tənzimləyici qurum ardıcıl altıncı dəfəuçot faiz dərəcəsini dəyişməyib və onu 50% səviyyəsindəsaxlayıb.

20 sentyabr tarixində isə Yaponiya Mərkəzi Bankı faizqərarını açıqladı. BoJ yayımladığı bəyanatda faiz dərəcələrinidəyişməyərək 0.25% səviyyəsində saxladığını qeyd etdi.

Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcəkbu həftə ərzində, Avrozonada, Almaniyada, İngiltərədə və Amerikadasənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksigöstəriciləri, xüsusə də Amerikada ÜDM-in həcmi, “Conference Board”İstehlakçıların İnam İndeksi, İşsizlik Müavinəti üçün MüraciətlərinSayı, Şəxsi Xərclər İndeksi kimi inflyasiya rəqəmləri, Avstraliyavə İsveçrə Mərkəzi Banklarının faiz qərarları, həmçinin, FED sədriCerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və ABŞmaliyyə naziri Cennet Yellenin çıxışları investorların diqqətmərkəzində olacaq.

EUR

Cari həftə ərzində Avrozonada və Almaniyada sənaye vəxidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri,Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada “İFO”Biznes Mühiti İndeksi, eləcə də “İFO” Cari Vəziyyət və İqtisadiHəssaslıq İndeksləri, həmçinin AMB sədri K.Laqardın çıxışı avronundünya birjalarındakı qiymətlərinə yön verə bilər.

Ötən həftəyə 1.1080 səviyyəsində start verən EURUSDməzənnəsi bahalaşaraq 1.1180 həddini test etdi və həftəlik şamını1.1160 həddində bağladı.

“Buğalar” qiyməti 1.12$ həddinin üzərinə yüksəldə vəbu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskinxarakter ala bilər.

GBP

Ötən həftənin cümə axşamı günü İngitərə MərkəziBankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışıGBPUSD məzənnəsində artım tendensiyanın sürətlənməsinə təsiretdi.

Ötən həftəyə 1.3120 səviyyəsində başlayan GBPUSDməzənnəsi 1.3340 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.3320səviyyəsində tamamladı.

OİLUK

Ötən həftəyə 72.20$ səviyyəsində başlayan “Brent”nefti (OİLUK) həftə ərzində artım tendensiyasını davam etdirdi və75.40$ həddini test etdi və həftəni 75.00$-da başa vurdu.

OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərində qoruyubsaxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

XAUUSD

ABŞ-ın faiz dərəcələrini kəskin azaltması fonundadollar üzərində təzyiqlər daha da artdı. Nəticədə, ABŞ dolları iləmənfi korellasiyaya malik olan qızıl tarixi maksimumlarını növbətidəfə yenilədi.

Ötən həftəyə 2580$ həddində start verən qızıl ayərzində FED-in faiz endirimi fonunda 3 gün artdıcıl öz rekordlarınıyenilədi. Ən son 2625.80$ həddini test etdikdən sonra 3 dollargeriləyən “sarı metal” həftəlik şamını 2622$ həddində tamamladı.“Buğalar” qiyməti 2600$ həddinin üzərində qoruyub saxlaya bilsələr,artım tendensiyası daha kəskin xarakter ala bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az vebsaytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Məqalədə:
Seçilən
24
9
az.trend.az

10Mənbələr