Gəncədə qaz sızması nəticəsində mənzildə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, həmin şəxs 1940-cı il təvəllüdlü Povlina Şamil qızı Orucovadır.
Partlayış baş verən həmin evdən fotoları təqdim edirik:
*********
Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.