AZ

Sabah yağış yağacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı,şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gününikinci yarısında arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanıntemperaturu gecə 16-19°, gündüz 23-27° olacaq. Atmosfer təzyiqi 758mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55%olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə vəsəhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 25-30°, dağlarda gecə6-11°, gündüz 12-17° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
az.trend.az

10Mənbələr