AZ

“Məhsul" stadionu ilə bağlı qalmaqal: hakim vəzifəli şəxslərə cəza kəsib

“Məhsul

“Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nadir Əliyev 7 il azadlıqdan məhrum edilib, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib. Onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti azadlığa buraxılıb.

Digər təqsirləndirilən Alik Həsənov7 il müddətinə azadlıqdan məhrum edilib. İttihamda olan 32. 4 və 312-ci maddələrinə xitam verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.
Seçilən
67
10
reyting.az

10Mənbələr