AZ

"Naxçıvan" klubu türkiyəli basketbolçu transfer edib

"Naxçıvan" klubu türkiyəli basketbolçu transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Azərbaycan Tələbə Liqasında "Xəzər Universiteti"nin formasını geyinmiş Ahmet Karaçelik heyətə cəlb olunub.

O, ölkəsində "OGM Ormanspor" və "Türk Telekom" klublarında çıxış edib.

Qeyd edək ki, "Naxçıvan" daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani və Devon Cenkins ilə müqavilə imzalayıb.

Seçilən
26
9
bakivaxti.az

10Mənbələr