“Biz o döyüşü apardıq, dəyənəklə döydülər, qumbara atdılar, amma siz sona qədər inadla vuruşdunuz”.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qarnik Danielyan keşiş Baqratın təşkil etdiyi bir tədbirdə deyib.
“Mən Qarabağdan olanlara demək istəyirəm ki, onlar burada qonaq deyillər və bu anti-milli hakimiyyəti (Paşinyanı nəzərdə tutur - red.) aradan qaldırmaqla biz Qarabağa gedəcəyik”, - deyə Danielyan bildirib.