AZ

Ekoloq: İnsanlarda balıq ovlama mədəniyyəti olmalıdır

Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildirilib.
Qeyd edilib ki, xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır:
“Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.

Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”.

Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a bildirib ki, insanlarda balıq ovlama mədəniyyəti olmalıdır:

“Vətəndaşlarımız hər zaman balıq ovlayıblar. Lakin müxtəlif partlayıcılarla və ya suya elektrik vermək ov etmək mədəniyyətsizlikdir. Bunu tək cəza ilə deyil, həm də maarifləndirmə proqramları ilə insanları başa salmaq lazımdır. Qarmaqla balıq ovlamağa kimsə bir söz deyə bilməz. Həmçinin sənaye üsulu ovlama, yəni tor və qayıqla balıq tutmaq da normal qayda olmalıdır. Yəni sintetik torlarla balıq ovlamaq olmaz. Həmçinin kütləvi balıq satılan yerlər təşkil edilməlidir. Hər bir şeyi təşkil etmək hökumətin əlindədir. Sadəcə özləri təşkil etmir. Bu cür maddələrlə balıq tutmanın əleyhinəyəm. Balıq sezonu başlayan zaman televiziyalarda, mətbuatda yayımlamalıdırlar. Çünki bu  mədəniyyətdir. Təəsüf  ki, bizim ölkədə bunların heç biri yoxdur”.
Seçilən
41
49
sherg.az

10Mənbələr