19-20 Sentabr antiterror əməliyyatı Qrabağda erməni separatizminə son qoydu. Xankəndi xuntası ilə Azərbaycanın suverenliyi bütün ölkədə bərpa edildi. Bu anterror Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
2020 – ci ilin Sentyabr ayının 27 – də başlanan Vətən mühitinin böyük zəfərlə başa çatması ilə Azərbaycan ərazisinin 30 ilə yaxın davam edən işgalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın işğalçı ordusu məhv edildi. Elə bununla da işğalçıya və onun himayədarlarına layiq olduqları yer göstərildi.
Mövlananın çox müdrik sözlərindən birində deyilir: “ Sən yola çıx yol sənə görünər!” Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliklə çıxdığı yolun sonu işğal altında olan ərazilərin azad olunması ilə nəticələndi. Hətta Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Ermənistanın hərbi siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyat aparılmadan azad etməyi öz öhdəsinə götürdü. Öhdəliklərdən biri də keçmiş Dağlıq Qarabağ ərazisində qalmış erməni hərbi qüvvələrinin tərksilah və ləğv edilməsi idi. Lakin bu öhdəlik yerinə yetirilmədi. Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları itirilmiş ərazilərin geri qaytarılması üçün fəaliyyətə başladılar. Belə ki, bir tərəfdən Qarabağın dağlıq hissəsində olan təbii sərvətləri talan edərək Ermənistana daşıyır, digər tərəfdən Rusiya sülhməramlıların nəzarətində olan ərazilərə silah – sursat daşıyırdılar. Bunun qarşısını almaq üçün Azərbaycan Ordusu 2022 – ci il Martın 24 – 25 tarixlərində Fərrux Dağı tam nəzarətə götürüldü. Bir çox kəndlərin təhlükəsizliyi bərpa edildi. Eyni zamanda Yeddi Xırman və Daşbaşı zirvələri, habelə bie sıra yüksək yüksəkliklər müşahidə nəzarətinə alındı.
Lakin erməni hərbi qüvvələri yenə öz müharibə hazırlıqlarını və hərbi təxribatlarını dayandırmadılar. 2022 – ci il Avqustun 3 – də Azərbaycan ordusunun bölmələrinə qarşı terror təxribat əməli törətdilər. Əsgər Anar Kazımov Şəhid oldu.
Azərbaycan ordusunun bölmələri cavab olaraq “Qisas” əməliyyatı apararaq Qırxqız və Sarıbaba yüksəkliklərini nəzarət altına aldı. Bütün bunlar Ermənistana göndərilmiş bir mesaj idi ki, “heç kim və heç nə bizi dayandıra bilməz. Qarabağ Azərbaycan torpaqlarıdır. Burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız.” Belə ki, bu əməliyyatların əhəmiyyətini Ali Baş Komandan çox böyük qiymətləndirdi.
Lakin, baş verənlərdən nəticə çıxarmayan erməni hərbi qüvvələri 2022 – ci il Sentyabr ayının 12 – də daha geniş hərbi təxribata əl atdı. Azərbaycan Ordusunu Daşkəsən, Kəlbəcər və Laçın rayonları arasındakı mövqelər, sığınacaqlar və dayaq məntəqələri intensiv atəşə tutuldu. Azərbaycan bölmələrinin şəxsi heyətində itkilər oldu. Azərbaycan Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatlarının qarşısı uğurla alındı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “ Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında olan Azərbaycan Ermənistan sərhəddini nəzarətə götürdük. Sərhəddin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq.”
Azərbaycan dövlət rəhbərliyi kimi Azərbaycan xalqı da ermənilərin bu oyunlarına qarşı öz etiraz səsini qaldırdı. 2022 – ci il Dekabrın 12 – də Azərbaycan Vətəndaş cəmiyyətinin nümayəndələri, ekologiya fəalları və gənc könüllüləri Şuşa – Laçın yolunda etiraz aksiyasına başladılar. Qanunsuz daşınmaların və keçidin qarşısını almaq üçün 2023 – cü il Aprelin 23 – də isə Azərbaycanla Ermənistanın quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd nəzarəti postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti respublikanın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.
2023 – cü il Senyabrın 18 – də ermənilərin yol üzərində yerləşdirdiyi minalardan 6 nəfər Azərbaycan vətəndaşı öz həyatını itirdi. Daxili işlər nazirliyinin dörd əməkdaşı mina qurbanı oldu. Sentyabrın 10-da isə saat 11:45 radələrində Azərbaycan ordusunun Ağdam rayonu istiqamətindəki mövqeləri Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. İki həbiçimiz həlak oldu.
Bütün baş verənlər göstərdi ki, Ermənistan öz məkrli əməllərindən əl çəkməyəcək. Azərbaycan ərazisində antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurəti oldu. Bu antiterror əməliyyatı 2023 – cü il Sentyabrın 19 – da təxminən saat 13:00 – da başladı. Həyata keçirilən tədbirlər çərçivəsində Ermənistanın silahlı qüvvələrinin dərinlikdə olan mövqeləri, yalnız legitim hərbi hədəfləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çixarıldı.
Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı. 19 Sentyabrda gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması çağırışı etdi. Bildirildi ki, bu halda antiterror əməliyyatı dayandırılacaqdır. Lakin, bu çağırış qəbul edilmədi. Döyüşlərin gedişində Ermənistanın Qarabağın Dağlıq hissəsində yerləşən hərbi qüvvələrinə aöır zərbə vuruldu. Onların döyüş potensialı məhv oldu.
Ermənistanın 90 – dan artıq döyüş mövqeyi, bir neçə strateji əhəmiyyətli yüksəkliklər nəzarətə keçirildi. Küllü miqdarda hərbi sursat ələ keçirildi.
Azərbaycan Respublikasının prazidenti silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini yüksək səviyyədə dəyərləndirdi. “ Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi 1 gün, ondan da az çəkdi. Azərbaycan Ordusu qarşısında düşmən təslim oldu. Hətta 30 il bundan əvvəl yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə biz tarixi ədaləti bərpa etdik. Necə ki, 8 Noyabr , 20 Sentyabr 2023 – cü il də bizim tariximizdə qalacaq.
Bu il Aprelin 23 – də biz Laçın istiqamətində ərazi bütövlüyümüzü tam bərpa etdik və 20 Sentyabr Dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir. Beləliklə Dünya hərb tarixində Azərbaycan ordusu daha bir nadir əməliyyat həyata keçirdi. Əməliyyat nəticəsində bölgədə mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi.
19 – 20 senyabr hərbi əməliyyatından bir il sonra Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi günü qeyd olundu. Belə bir günün təsis edilməsi ilə bağlı Sərəncamı İlham Əliyev ötən ildə Qarabağda aparılan bir günlük hərbi əməliyyatın birinci il dönümündə verib. Bu günü qalib xalqın qalib sərkərdəsi Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etdi və belə söylədi : “ Əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək.”
Nuriyyə Hüseynova,
R.Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta