AZ

Ərdoğan ABŞ-də İran prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş ABŞ-nin Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

Sabah isə Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.

Seçilən
3
2
azpost.info

8Mənbələr