İsrail təcili olaraq bütün ölkə daxilində daxili cəbhədə bir həftə müddətinə fövqəladə vəziyyət elan edib.Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Fövqəladə vəziyyətin elan edilməsi uzunmüddətli hücum zamanı ictimai asayişi və vətəndaşları qorumaq üçün hakimiyyət orqanlarına xüsusi səlahiyyətlər vermək məqsədi daşıyır.