AZ

Zelenski ABŞ-də Hindistanın baş naziri ilə sülh məsələsini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də Hindistanın baş naziri Narendra Modi ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Zelenski özünün “X” sosial media hesabında məlumat yayıb.

“Söhbət zamanı əsas diqqət beynəlxalq platformalarda, xüsusən də BMT və G20-də qarşılıqlı fəaliyyətimizin gücləndirilməsi, həmçinin Sülh Formulasının həyata keçirilməsi və ikinci Sülh Sammitinə hazırlıq olub”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, bu cari ildə liderlər arasında üçüncü görüşdür.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
34
27
missiya.az

10Mənbələr