Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod vilayətinə hücumu nəticəsində biri 15 yaşlı qız olmaqla 3 mülki şəxs həlak olub, daha 4 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, vu barədə sentyabrın vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
"Ukrayna silahlı qüvvələrinin atəşə tutması nəticəsində 3 mülki şəxs həlak olub. Onlardan biri 15 yaşlı qızdır. Biz hamımız həlak olanların qohumları və yaxınları ilə birlikdə yas tuturuq”, - deyə Belqorod vilayətinin başçısı öz Teleqram kanalında yazıb.