AZ

Ağa Dadaşzadə: "Xankəndi" klubunun yaradılması motivasiyadır

Xankəndidə yaradılan futbol klubu ("Xankəndi") fəaliyyətini Region Liqasında davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
AFFA "Xankəndi"nin Region Liqasındakı iştirakını təsdiqləyib.

İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, düzgün idarəetmə və struktur qurulsa, bu komandanın inkişafı çox böyük olacaq:

''Yəni, tez bir zamanda böyük nəticələr əldə oluna bilər. Lakin burada mütəxəssis köməyinə ehtiyac var. Futbola aid 4 mütəxəssis olsa, premyer liqaya qalxmağa imkan var. Digər tərəfdən sözügedən komanda qalib ərazinin adını daşıyır. Bu da qürurverici hissdir. Orada tarix boyu öz sözümü deyən stadionumuz yerləşirdi. Hər zaman istəmişəm ki, həmin stadionda futbol oynayım. Qeyd edim ki, Munis Abdullayev futbol üzrə Azərbaycan hakimlər komitəsinin üzvüdür. O da komandanın nümayəndələrindən biri olub. "Xankəndi" klubunun yaradılması motivasiyadır. Fikrimcə, bu komanda Azərbaycan idmanına xeyir verəcək. Sadəcə əsl futbol klubuna lazım olan mütəxəssislər cəlb edilərək düzgün struktur qurulsa, komandanın inkişafı olduqca böyük olacaq. Onsuz da bir klub yaradılarkən 3 il vaxt qoyulur. Bu vaxt ərzində premyer liqaya qədər qalxmaq mümkündür. Böyük ehtimal, "Xankəndi" klubu üst yerlər üçün mübarizə aparacaq".
Seçilən
88
50
sherg.az

10Mənbələr