AZ

"Kamala Harris qalib gələrsə, üçüncü dünya savaşı baş verəcək"  - Donald Tramp

"Kamala (elə Co da!) ən sadə suallara cavab verə bilmir, onlar dünya savaşının qarşısını necə ala bilər ki?.."
 
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bəyan edib ki, prezident seçkilərində Kamala Harrisin qalib gələcəyi təqdirdə ABŞ qlobal münaqişənin qarşısını ala bilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Truth Sosial" şəbəkəsində yazıb. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
ABŞ-ın sabiq prezidenti bəyan edib ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris "ən sadə suallara cavab verə bilmir", buna görə də "dünya münaqişəsinin qarşısının alınması üçün heç nəyə qadir olmayacağı" ilə bağlı risk movcuddur.
 
"O, üçüncü dünya savaşının qarşısının alınması işində bizi necə təmsil edə bilər ki? Cavab sadədir, o, bizi təmsil edə bilməz", - o, yazıb.
 
Ağ Evin sabiq rəhbəri qeyd edib ki, dünya hazırda çox təhlükəli yerdir. "Kamala (elə Co da!) ən sadə suallara cavab vermək iqtidarında deyil. Bu, ağılsızlıqdır!" - Tramp iddia edib.
 
Xəbər verildiyi kimi, dünya ulduzları Cennifer Lopes və Meril Strip Kamala Harrisə dəstək verib. Onlar bunu açıq şəkildə edib və indi demokratların namizədinə ulduz komandası dəstəyinin nə qədər gücləndiyini görmək olar.
 
Bundan başqa, Kamala Harris Donald Trampı seçkilərə vəsaitlərin toplanılmasında üstələyir. Əgər Harris seçki kampaniyası üçün 361 milyon dollar maliyyə dəstəyi toplayıbsa, Tramp bundan üç dəfə az, 130 milyon dollar toplayıb.
Seçilən
15
16
moderator.az

10Mənbələr