Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.
"Operativ Media" xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxışından sonra sosial media hesabında paylaşım edib.
Ərdoğan mesajını belə paylaşıb: "Ümid edirəm ki, Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyası bütün bəşəriyyət üçün faydalı olacaq. Qlobal ədalətsizliyi aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq. Unutmayın; dünya 5-dən böyükdür, daha ədalətli bir dünya mümkündür." - paylaşımda qeyd edilib.