AZ

"Grace of Nature" turniri kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına böyük təkan verir - Hakim

Bakı. Trend:

"Grace of Nature" turniri kimi yarışlar Azərbaycandagimnastikanın inkişafına böyük təkan verir.

Bunu Trend-əyarışların hakimi Elnarə Hüseynova deyib.

O bildirib ki, turnir çox yüksək səviyyədə keçir.

“Bu turnirdə həm Bakıdan, həm də bölgələrimizdən gimnastlarqatılıb. Bu cür yarışlar eyni zamanda gimnastlarımızınpeşəkarlığını artırır. Bu cür yarışlar bölgələrimizdə də tez-tezkeçirilir və gimnastlar yarışdan-yarışa daha da inkişaf edir. Bizbu yarışların müsbət nəticələrini görürük. Bu yarışlar eyni zamadainsanlarımızda bu idman növünə marağı artırır və biz gimnastikayagələn uşaqların sayında artım görürük”, - deyə o əlavə edib.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastikaüzrə "Grace of Nature" turniri keçirilir. Üç gün davam edəcəkyarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblərmüəyyən olunur.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir.
Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar(2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü iltəvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaşkateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdialətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlərüzrə proqramla çıxış edirlər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirakedəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək vətəcrübə qazanmaq üçün əla fürsət yaradır!
"Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.

Seçilən
61
10
az.trend.az

10Mənbələr