Energetika naziri Pərviz Şahbazov Serbiya Respublikasının mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviçin dəvəti ilə bu ölkəyə səfər edib.
Bu barədə İqtisadiyyat.az-a nazirlikdən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan və Serbiya arasında ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlər, energetika sahəsində əlaqələrin inkişafı və yeni istiqamətlər ətrafında müzakirələr aparılacaq.