AZ

"Legion Financial”ın səhmlərinə 2 investor 2 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Birjanın yaydığı məlumaat görə, qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 23-25 sentyabr 2024-cü il tarixi aralığında yekunlaşmışdır.

Məlumata görə, səhmlərə 2 investor 395 min manatlıq 2 sifariş təqdim edib. 1 milyon manatlıq səhmlərin 395 min manatlıq hissəsi yerləşdirilib. 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464

Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı: 10 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 1 000 000 manat

Hərrac qiyməti: 100 manat

Reallaşdırılmış həcm: 395 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 395 000 manat

İnvestor sayı: 2

Sifariş sayı: 2

Anderrayter: “Assist Finance İ.Ş” ASC

səhmlər Legion Financia
Seçilən
93
3
marja.az

10Mənbələr