Naxçıvan Muxtar Respublikasında 6 tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Gülxarə Tarverdiyeva vəzifələrindən azad olunublar.
Həmçinin Ordubad rayon Unus kənd tam orta məktəbin direktor müavini Ramil Nəbiyev də seçkilərdə deputat seçildiyi üçün vəzifəsindən azad edilib.