AZ

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək".


Sfera.az xəbər verir ki, nunu Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasındakı çıxışında bildirib.


“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Bu, ukraynalıların müqavimətini dəstəkləyəcək və onlara uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin etməyə kömək edəcək”, - Fransa prezidenti qeyd edib.


Makron vurğulayıb ki, Qərb ölkələrinin ortaq marağı Ukraynanın öz hüquqlarının mümkün qədər tez bərpa olunmasıdır. Fransa lideri həmçinin uzunmüddətli sülhün qurulmasına çağırıb.
 

Öz növbəsində Rusiyanın BMT- dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Baş Assambleyasının iclasında bildirib ki, Rusiya Qərbdən silah tədarükünə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrini “məğlubiyyət astanasına” qoyub.
 

İnci

Sfera.az

Seçilən
44
50
sfera.az

10Mənbələr