AZ

"Azəristiliktəchizat"ın yığılmış zərəri 120 milyon manata yaxınlaşıb

"Azəristiliktəchizat" ASC 2023-cü ili 9,794 milyon manat zərərlə başa vurub.

AzNews.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 18,15 % çoxdur.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 9 % artaraq 118,21 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 154,396 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 14,3 % artaraq 77,703 milyon manata çatıb, balans kapitalı isə 8,6 % azalaraq 76,694 milyon manata düşüb.

Seçilən
12
12
aznews.az

10Mənbələr