Şahmat üzrə Vüqar Həşimov Memorialı bu gün Şuşada start götürəcək.
Apasport.az xəbər verir ki, öncə yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Turnirdə ölkəmizi 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
Millilərimiz növbəti oyunlarına çıxacaqlar
Qadın millimizdən inamlı qələbə
Karlsen və Polqar tarixin ən yaxşıları seçildi
Beynəlxalq Şahmat Federasiyası azərbaycanlı hakimi mükafatlandırıb
Millilərimiz növbəti görüşə çıxacaqlar