“Rosneft” Rusiyanın ən mənfəətli şirkətlərinin reytinqinə başçılıq edir.
Marja "Xalis mənfəətinə görə Rusiyanın 100 ən böyük şirkəti - 2024" Forbes reytinqinə istinadən xəbər verir ki, 2023-cü ilin yekunları üzrə hazırlanmış reytinqində yeni lider 1,529 trilyon rubl xalis mənfəət əldə edən dövlət neft şirkəti "Rosneft"dir
İkinci yeri 1,509 trilyon rubl xalis mənfəəti olan "Sberbank" tutub.
Əvvəlki lider “Qazprom” bu il reytinqdən kənarda qalıb. 2023-cü ildə şirkət 583 milyard rubl məbləğində rekord itki ilə üzləşib. Bu zərər qeyri-maliyyə aktivlərinin köhnəlməsi və məzənnə fərqlərinin mənfi təsiri ilə əlaqədardır.
100 reytinq iştirakçısının ümumi mənfəəti 13,2 trilyon rublu ötüb. 2022-ci ildə ümumi mənfəət 9,27 trilyon rubl olmuşdu.