AZ

"Ukrayna artıq yoxdur" - Tramp

Ukrayna artıq yoxdur."DogruXeber.az" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Ukrayna artıq bitib, Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyaya qarşı mübarizə üçün daha çox hərbi yardım istəyir: "Biz müqavilə imzalamaqdan imtina edən adama milyardlarla dollar ayırmağa davam edirik. Ukraynanın indiki vəziyyətdən daha pis razılaşma variantı yox idi. Ukrayna artıq yoxdur. Bizim elə bir ölkəmiz var ki, onu müharibədən əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq. Mən prezident olmasam, bu müharibə davam edəcək". Tramp Rusiyanın hərbi gücünü bir daha xatırladıb və prezident olacağı təqdirdə münaqişəyə son qoya biləcəyini bəyan edib.

Seçilən
22
2
dogruxeber.az

3Mənbələr