AZ

Bakıda qanunsuz ev tikilib-satılır, İH “görmür” - Foto

Bir qrup dəllal Bayılda, Gülbala Əliyev küçəsində, xüsusən də “Akapen” deyilən ərazidə şıdırğı ev tikib-satır. Özü də Səbail Rayon İcra Hakimiyyətinin və SOCAR-ın gözünün qabağında.
BUTA.TV xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı məlumat yayıb. O bildirib ki, hər gün səhər işə gedində bir bünövrə qazıldığını, axşam qayıdanda isə artıq üçotaqlı ev tikildiyini, hətta üstünün də bağlandığını müşahidə edir: “Fotoya diqqət edin: evlər neft quyusunun düz 10 metrliyində tikilib. Bu fotodakılar cəmi bir neçə ayın, üstü və yanı uçulanlar isə bir neçə günün evləridir. Bura bataqlıq idi, qamış basmışdı. Həbsdən yeni çıxan dəllal və onun dəstəsi buranı cəmi bir ilə şəhərciyə çevirdi. Birqat kərpicdən bataqlıqda ev tikib satırlar. Artıq bəzi evlərdə yaşayış var. Dəhşətlidir. Bu evlərdə bir azdan çatlar yaranacaq, evi həşərat basacaq”. Ekspert qeyd edib ki, bir müddət öncə valideynlərinin yaşadığı Bayıl dərəsindəki evlər sürüşməyə görə köçürülüb və o da “Akapen” deyilən ərazidən 3 sot torpaq alıb, ancaq orada tikinti aparılmasına SOCAR izn verməyib:

“Sonra torpaqlarımız işğaldan azad olundu, mən də həmin ərazini satdım ki, zatən bir-iki ilə valideynlərim Zəngilana qayıdacaq, əlavə ev bizə lazım deyil. Sonra gördüm ki, satdığım torpaqda iki ədəd ev tikib satdılar. Bəs qanun icazə vermirdi? Yenə burada uzaq məsafə var idi, 200 metrdən çox idi. İndi fotoda gördüyünüz evlərlə neft quyusunun arasındakı məsafə heç 10 metr də deyil”.

Seçilən
127
1
buta.tv

10Mənbələr