AZ

İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian AÇIQLADI

İranın I vitse-prezidenti Məhəmməd Rza Arefin yaxın günlərdə Ermənistana səfər edəcəyi gözlənilir.

News365.az xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə I vitse-prezident  Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, - İran prezidenti X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

Seçilən
88
4
news365.az

10Mənbələr