AZ

“Araz-Naxçıvan” serbiyalı mütəxəssisə tapşırılıb

“Araz-Naxçıvan” futzal klubunu yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu gün keçirilən iclasda komandanın UEFA Çempionlar Liqasındakı çıxışı müzakirə olunub.

“Araz-Naxçıvan” turnirdəki nəticəsi qeyri-qənaətbəxş hesab olunub və baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub. Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.

Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Borisov baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

İdman.biz

Seçilən
16
27
idman.biz

10Mənbələr