AZ

"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer

"Rusiya bu qanunsuz müharibəni başlayıb, o da buna son qoymalı və Ukraynanı tərk etməlidir..."
 
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniyanın baş naziri Kir Starmer Təhlükəsizlik Şurasında çıxış edərkən bəyan edib ki, Rusiya iclasda iştirak etməməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co. il" nəşri məlumat yayıb.
 
O, Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham edib, çünki onun Ukraynaya hərbi müdaxiləsi qanunsuz olub, qlobal təhlükəsizliyi təhdid edib və "çox böyük insan əzabları" törədib.
 
"Biz BMT Nizamnaməsini pozanları məsuliyyətə cəlb etməliyik, bu Şura özünün müəyyən etdiyi dəyərlərə sadiq olduğunu təsdiq etməlidir. Bu, özlüyündə aydın olmalıdır. Buna baxmayaraq, bütöv bir nəslin yaşadığı müddətdə bu Nizamnamə bu Şuranın daimi üzvlərindən biri tərəfindən ən çox pozuntuya məruz qalıb", - Starmer bəyan edib, toplaşanlara Ukraynanın 35 min dinc sakininin qətlə yeririlməsi və yaralanması, 6 milyon qaçqını və Rusiya tərəfindən təxminən 20 min ukraynalı uşaqların oğurlandığını xatırladıb.
 
Böyük Britaniyanın baş naziri həmçinin Rusiyanın sentyabrın 4-ə keçən gecə raket hücumu ilə ailəsi qətlə yetirilən ukraynalı Yaroslav Bazileviçi xatırladıb: "Mən bu ayın əvvəlində Rusiyanın Lvovda dinc sakinlərə zərbəsi nəticəsində həyat yoldaşı və üç qızı qətlə yetirilən Yaroslav Bazileviç haqqında düşünürəm. Mənə maraqlıdır, Rusiya bu binada öz simasını necə göstərə bilər?".
 
"600 min rusiyalı əsgər də həmçinin bu savaşda qətlə yetirilib və ya yaralanıb. Nəyə görə? Burada müdafiə olunan BMT Nizamnaməsində insan ləyaqətindən danışılır. Öz vətəndaşlarına ət maşınına atıla biləcək ət parçası kimi davranışdan danışılmır. Rusiya bu qanunsuz müharibəni başlayıb, o da buna son qoymalı və Ukraynanı tərk etməlidir".
 
Rusiyanın məsuliyyətə cəlb edilməsi çağırışından başqa, Starmer həmçinin Yaxın Şərqdə vəziyyəti də şərh edib və bəyan edib ki, region "uçurumun kənarındadır".
 
O, diplomatiyaya və İsrail ilə "Hizbullah" arasında dərhal atəşkəsə, habelə Qəzzasda dərhal, tam və birdəfəlik atəşkəsə və bütün girovların azad edilməsinə çağırış edib.
Seçilən
20
50
moderator.az

10Mənbələr