Bakı. Trend:
Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində2023-2024-cü tədris ilində bakalavriat və magistraturasəviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür.Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq,Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşlarıüstünlük təşkil edirlər.
Trend xəbər verir ki, buməlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış“Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı məcmuəsində əksolunub. Məcmuədə bildirilir ki, Azərbaycanın dövlət və qeyri-dövlətali təhsil müəssisələrində ötən tədris ilində 6223 əcnəbi təhsilalıb. Bu rəqəm 2005/2006-cı tədris ilində isə 3073 nəfər olub. Buisə ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrinsayının artdığını göstərir.
Rəsmi nəşrin 2023-2024-cü tədris ilinin əvvəlinə olan məlumatınagörə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycanvətəndaşlarının sayı 997 nəfər olub. Onların 217-si MDB-yə üzv olanölkələrdə, 780-i isə digər ölkələrdə təhsil alır.