AZ

NAXÇIVANDA SƏDR VƏZİFƏSİ LƏĞV OLUNDU! – Konstitusion qadağanı belə “qüvvədən saldılar” (Biabırçılıq)

1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış Naxçıvan Ali Məclisinin ilk sessiyası keçirilib.Sessiyada Ali Məclisin yeni sədri və onun müavinləri, başqa sözlə, Muxtar Respublikanın yeni rəhbərliyi seçilməli idi. Lakin iclas artıq yekunlaşıb və nə qədər absurd görünsə də, Ali Məclisin sədrinin seçilmədiyi sessiyada sədrin müavinlərinin kimliyi müəyyənləşib.Belə ki, Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.Bəs Ali Məclisin sədri, başqa sözlə Naxçıvan MR-in konstitusion rəhbəri postu niyə boş saxlanılıb? Sədr seçilmədən onun müavinlərinin seçilməsi MR Konstitusiyasına, Azərbaycan qanunlarına və ümumiyyətlə məntiqə nə dərəcədə uyğundur?"AzPolitika.info"-ya daxil olan məlumata görə, Ali Məclisin sessiyasında guya sədrin seçilməsinə cəhd olunub - məqsədli şəkildə formal bir səsvermə keçirilib. Belə ki, sədr vəzifəsinə 27 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən Məmmədzadə Vüsal Əziz oğlunun namizədliyi səsə qoyulsa da, o, tələb olunan 23 səsi almadığından sədrin seçilməsi məsələsi təxirə salınıb. V.Məmmədzadə deputat seçilənədək Babək Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. MR-də heç kimin tanımadığı Məmmədzadənin namizədliyi təbii ki, formal xarakter daşıyıb. Onun namizədliyinin irəli sürülməsi, altdan da sözəbaxan deputatlara ona səs verməməklə bağlı təlimatın verilməsi bu məqsədə xidmət edib ki, MR Konstitusiyasının pozulması hesabına olsa da, sədrin seçkisi baş tutmasın, sədrin səlahiyyətləri birinci müavin seçiləcək Bəxtiyar Məmmədovda saxlanılsın. Çünki MR Konstitusiyasında sədrin seçilməsilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, B.Məmmədov bu tələbə cavab vermirdi. Ona görə də faktiki olaraq sədr vəzifəsini ləğv ediblər ki, səlahiyyətləri B.Məmmədova vermək mümkün olsun. Bu, dolayısı ilə olsa da, MR Konstitusiyasının kobud şəkildə pozulmasıdır və sədrin səlahiyyətlərinin birinci müavinə verilməsinin qanuniliyi məsələsini də ciddi şəkildə şübhə altına salır. Məntiqlə, Konstitusiya bir şəxsin sədr seçilməsini qadağan edirsə, həmin şəxsin uzun müddət sədrin səlahiyyətlərini icra etməsini də qadağan edir. Lakin belə görünür ki, Naxçıvanda kimlər üçünsə Konstitisiyanı ayaqlar altına atmaq o qədər də çətin olmayıb.Başqa bir sual da meydana çıxır: Həqiqətənmi o boyda Muxtar Respublikada Ali Məclisin sədri vəzifəsinə layiq bilinən bir nəfər tapmaq mümkün deyildi? Nə məcburiyyət var idi ki, Konstitusiyanı pozmaq, onu ayaq altına atmaq bahasına Bəxtiyar Məmmədov adlı dünənədək Naxçıvanda heç kimin tanımadığı, bu bölgənin insanı və inkişafı üçün heç bir xidməti olmamış, hətta uzun illər burda yaşamamış, qeyri-adi bacarığı, qabiliyyətilə seçilməmiş bir şəxsi Naxçıvanın başına keçirsinlər? Məgər, Naxçıvanda vicdanlı məmur, siyasətçi, şəxsiyyət qıtlığı var ki?! Bəs deyirdilər Naxçıvan böyük şəxsiyyətlər, siyasətçilər, dövlət xadimlərinin vətənidir?!Qısası, Naxçıvan yağışdan çıxaraq yağmura düşüb…“AzPolitika.info”***1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış Naxçıvan Ali Məclisinin ilk sessiyası keçirilir. Sessiyada Ali Məclisin yeni sədri və onun müavinləri, başqa sözlə, Muxtar Respublikanın yeni rəhbərliyi seçiləcək."AzPolitika.info" "Şerqapısı.az" saytına istinadla xəbər verir ki, sessiyada Ali Məclis sədrinin birinci müavini və müavini seçilib. Belə ki,Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.Maraqlıdır ki, Ali Məclisin sədrinin seçilməsi barədə məlumat verilmir. Sədr vəzifəsinə əsas namizəd sayılan Bəxtiyar Məmmədovun sədrin birinci müavini seçilməsi ondan xəbər verir ki, ya sədr vəzifəsinə başqa namizəd var, ya da sədr ümumiyyətlə seçilməyəcək.

Seçilən
11
1
anaxeber.info

2Mənbələr