AZ

Bakıda aparıcının qızı bağçada faciəvi şəkildə öldü

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
196
50
buta.media

10Mənbələr