AZ

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir.

 

Sfera.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa "Telegram" kanalında məlumat verib.

 

“Azimut” hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Biz Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planlarını müzakirə etdik”,- o bildirib.

Seçilən
106
10
sfera.az

10Mənbələr