AZ

Paşinyan şərt qoyur? - "Sülh müqaviləsi imzalandıqdan sonra..."

Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Konstitusiyasına dəyişikliklərini istisna etmirik". 

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında deyib.

Onun sözlərinə görə, saziş imzalandıqdan sonra sənədin əsas qanuna uyğunluğu ölkənin Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmalıdır: "Prosesdə razılaşmanın ona zidd olduğu üzə çıxarsa, o zaman Konstitusiyanın dəyişdirilməsindən danışmaq olar. Əgər bizim Konstitusiya Məhkəməmiz Azərbaycanla sülh sazişinin Ermənistanın Konstitusiyasına zidd olduğuna qərar versə,biz konkret addımlar atacayıq. Sülhün əldə edilməsi naminə Konstitusiyada dəyişikliklər tələb olunacaq.”

Paşinyan deyib ki, Konstitusiyada ratifikasiya olunmuş beynəlxalq müqavilələrin ölkənin daxili qanunlarından üstün olduğu bəndi var. Bu o deməkdir ki, Azərbaycanla müqavilə imzalandıqdan və ratifikasiya edildikdən sonra hətta Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən kimi şərh edilə bilən qanunlar olsa belə, bu qanunlar sülh müqaviləsinə tabe olacaq.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişdirilmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil, çünki ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları var.

Seçilən
16
bizimxeber.az

1Mənbələr